Co Baydenin Almaniyaya gələcəyi təsdiqləndi
Almaniya hökuməti ABŞ prezidenti Co Baydenin həftənin sonunda bu ölkəyə səfər edəcəyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “N-tv” məlumat yayıb.
Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner bildirib ki, hazırda səfərin təfərrüatları ilə bağlı ABŞ hökuməti ilə sıx məsləhətləşmələr aparılır.
Qeyd edək ki, yerli KİV oktyabrın 18-də baş tutmalı olan səfərin bir gün çəkəcəyini bildirir.
Xatırladaq ki, Baydenin oktyabrın 12-də Berlinə gözlənilən səfəri ABŞ-dəki “Milton” qasırğaaı səbəbindən təxirə salınmışdı. Bunun nəticəsində Ukraynanın dəstəklənməsi üzrə “Ramştayn” formatlı iclas da keçirilməmişdi.
Xatirə SADİQ