Colani o qadından və gündəm olan fotodan söz açdı - "Onu məcbur etməmişəm"

“Heyət Təhrir əl-Şam” qruplaşmasını lideri Əbu Məhəmməd Əl-Colani gündəm olan qalmaqallı foto məsələsinə aydınlıq gətirib.

Dec 21, 2024 - 18:57
Colani o qadından və gündəm olan fotodan söz açdı - "Onu məcbur etməmişəm"

Lent.az xarici mediaya istinadla bildirir ki, söhbət Colaninin onunla şəkil çəkdirmək istəyən qadına “Əvvəlcə başını ört” deməsindən gedir. 

Colani bununla bağlı BBC-yə bildirib ki, qadını buna məcbur etməyib:

“Onu məcbur etmədim. Ancaq fotolarımın mənə uyğun olmasını istəyirəm. Bu mənim haqqımdır”.

Qeyd edək ki, onun qadına başını ört deməsindən sonra bir çoxları Suriyada şəriət rejiminin qurulacağını iddia edib.