Çox pul xərcləmədən saç tökülməsinin qarşısını alın! – Effektiv ÜSULLAR
Saç tökülməsi saç köklərinin zəifləməsi nəticəsində meydana çıxan problemdir.
Gündə 50-100 tel tökülməsi normal sayılsa da, say artarsa, bu artıq seyrəlmə, qırılma və ya keçəlləşmə kimi problemlərə yol aça bilər. Genetik faktorlar, hormonlar, stress, qidalanma və ətraf mühitin təsirləri saç tökülməsinin əsas səbəblərindəndir.Saç tökülməsinin qarşısını almaq üçün saç köklərini gücləndirən təbii yağlardan istifadə etmək, saçları tez-tez yumaqdan çəkinmək, saç tipinə uyğun məhsul seçmək və nizamlı nəmləndirmək lazımdır.
SAVASHMEDİA.az saç tökülməsinin qarşısını almaqda effektiv vasitələri təqdim edir:
Hind qozu (Kokos) yağı
Saç tökülməsinin qarşısını alan təbii vasitələrdən biridir. Tərkibində yüksək miqdarda laurik turşusu var və baş dərisini dərindən nəmləndirir. Antibakterial xüsusiyyətləri sayəsində baş dərisini qidaladırır və saç köklərini gücləndirir.
Ovcunuza bir az kokos yağı tökün və əl istiliyi ilə qızdırın. Yağı baş dərisinə və saç tellərinə masaj edərək çəkin.Yağın saçınıza və baş dərinizə nüfuz etməsi üçün 1-2 saat (və ya bir gecə) gözləyin. Daha sonra şampunla yuyun. Həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.
Zeytun yağı və sarımsaq qarışımı
Zeytun yağı tərkibindəki E vitamini və antioksidantlar sayəsində saç köklərini qidalandırır və saç tellərini gücləndirir. Sarımsaq təbii antibakterial və antifungal xüsusiyyətlərə malikdir. Bu qarışım saç tökülməsinə səbəb ola biləcək baş dərisi problemlərini aradan qaldırır.
Aloe vera (Əzvay)
Aloe vera baş dərisində qıcıqlanmanı aradan qaldırır,saç köklərini gücləndirir və saçın nəm balansını qoruyur. O həmçinin baş dərisinin pH səviyyəsini tarazlayaraq saç tökülməsinə səbəb olan göbələk və bakteriyalarla mübarizə aparır.
Təzə aloe vera yarpağını kəsin və şirəsini çıxarın. Geli masaj edərək baş dərinizə və saç köklərinə çəkin.1-2 saat gözlədikdən sonra ilıq su ilə yuyun. Müntəzəm istifadə saçın daha dolğun və sağlam görünməsinə kömək edəcək.
Soğan şirəsi
Soğan tərkibindəki yüksək miqdarda kükürd sayəsində saç köklərini qidalandırır və saçların uzanmasını sürətləndirir. Bundan əlavə, baş dərisində qan dövranını artıraraq saç tökülməsini azaldır. Daimi istifadə edildikdə saçların həcm qazanmasına kömək edir.Soğanı sıxaraq şirəsini çıxarın, saç köklərinə çəkərək 1-2 saat gözləyin, daha sonra şampunla yuyun.
Yaşıl çay
Yaşıl çay tərkibindəki antioksidantlar sayəsində saç tökülməsinə qarşı mübarizə aparan təbii vasitədir. Saç köklərini gücləndirir və baş dərisini sərbəst radikallardan təmizləyir.1-2 paket yaşıl çayı qaynar suda dəmləyin. Soyumuş çayı baş dərinizə masaj edərək çəkin.30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Ətotu (Rozmarin)
Baş dərisində qan dövranını artıraraq saçların tökülməsinin qarşısını alır. Rozmarinin müntəzəm istifadəsi saçın sürətlə uzanmasına da kömək edir.1 ovuc rozmarini 2 stəkan suda qaynadın.
Məhlul soyuduqdan sonra onunla saç dərinizə masaj edin. 20-30 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.Həftədə 2-3 dəfə istifadəsi məqsədəuyğundur.
Banu