Menstrual ağrıları azaldır, yuxarı təzyiqi endirir... – Kəklikotu

Kəklikotu (Origanum vulgare) — həm ədviyyat, həm də dərman bitkisi kimi tanınan, qədim zamanlardan bəri istifadə olunan bitkilərdəndir. Onun həm təzə, həm də qurudulmuş forması faydalıdır.

Jul 11, 2025 - 16:47
Menstrual ağrıları azaldır, yuxarı təzyiqi endirir... – Kəklikotu

SAVASHMEDİA.az kəklikotunun faydalarını təqdim edir.

Antibakterial və antiviral təsir

Kəklikotunun tərkibindəki timol və karvakrol maddələri mikroblara və viruslara qarşı güclü təsir göstərir. Xüsusilə soyuqdəymə və qrip zamanı faydalıdır.

İmmunitet sistemini gücləndirir

Antioksidant tərkibli olduğu üçün orqanizmi sərbəst radikallardan qoruyur və immun sistemini möhkəmləndirir.

Həzm sisteminə kömək edir

Kəklikotu həzmi asanlaşdırır, köp və qaz problemini aradan qaldırır. İştahı artırır və mədə ağrılarını yüngülləşdirir.

Öskürək və boğaz ağrısına qarşıdır

Xüsusilə dəmləmə (çay) şəklində istifadə edildikdə öskürək, bronxit və boğaz ağrılarını yüngülləşdirə bilər.

Stress və yorğunluğu azaldır

Kəklikotu çayı sakitləşdirici təsirə malikdir. Yuxusuzluq və əsəb pozğunluğu zamanı faydalı ola bilər.

Qan dövranını yaxşılaşdırır

Qan damarlarını genişləndirərək qan dövranını tənzimləməyə kömək edir.

Antioksidant mənbəyidir

Hüceyrələrin yaşlanmasının qarşısını alan flavonoidlər və digər antioksidantlarla zəngindir.

Menstrual ağrıları azalda bilər

Aybaşı dövründə yaranan ağrı və spazmları yüngülləşdirə bilir.

Yuxarı təzyiq

Kəklikotu çayı yuxarı təzyiqi (hipertoniya) aşağı salır.

Banu