Növbəti 4 günlə bağlı Azərbaycan əhalisinə - MÜHÜM XƏBƏRDARLIQ!

Azərbaycanda iyulun 12-15-də havanın maksimal temperaturu artacaq.

Jul 11, 2025 - 16:15
Növbəti 4 günlə bağlı Azərbaycan əhalisinə - MÜHÜM XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.