Daha 3 ölkənin Kiyevdəki səfirliyi “həyəcan təbili” çaldı – “ehtiyatlı olun”
İspaniya, İtaliya və Yunanıstanın Kiyevdəki səfirlikləri bir gün ərzində fəaliyyət göstərməyəcəkləri barədə xəbərdarlıq ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sözügedən səfirliklərin saytlarında məlumat dərc olunub.
Hər üş səfirlik bildirib ki, noyabrın 20-də irimiqyaslı hava hücumu təhlükəsi ilə bağlı konkret məlumat aldıqlarından bu addım atılıb.
Hər üç ölkənin Ukraynadakı vətəndaşlarına “yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl etmək, yaxınlıqda sığınacağın yerləşdiyindən əmin olmaq tövsiyəsi verilib.
Xatırladaq ki, ABŞ səfirliyi öz saytında ehtiyat tədbiri olaraq birgünlük bağlandığını elan edib.
Xatirə SADİQ