Dollar və avro bahalaşdı
Rusiya Bankı 29 dekabr 2024-cü ildən 2025-ci il yanvarın 9-dək olan dövr üçün dolların rəsmi məzənnəsini 101,6797 rubl səviyyəsində müəyyən edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, bu, əvvəlki göstəricini 1 rubl 15 qəpik üstələyir.
Avronun rəsmi məzənnəsi də 15 qəpik artaraq 106,1028 rubl təşkil edib.
Bununla yanaşı, yuanın rəsmi məzənnəsi 2 qəpik azalaraq 13,4272 rubl təşkil edib. (publika.az)