Dönərdən zəhərlənən tələbələr danışdı - VİDEO
Xəzər TV Bakı Dövlət Universiteti Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənməsinə dair süjet hazırlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, zəhərlənən tələbələr hadisənin təfərrüatını danışıblar.
Onblardan biri deyib: “Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”. vakansiyalar
Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfə baş verib: “3 ildir ki, bu bufetdə dönər yemişik, amma heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.
AQTA əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.
Daha ətraflı “Xəzərxəbər”in sujetində: