Dövlət qurumunun avtobusu "Niva" ilə toqquşdu

Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.

May 15, 2025 - 17:48
Dövlət qurumunun avtobusu "Niva" ilə toqquşdu

Hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.