Azadə Hüseynovaya vəzifə verildi - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Jun 4, 2025 - 17:11
Azadə Hüseynovaya vəzifə verildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, A. Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.

2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

O, 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Fotoda Azadə Hüseynova