“Tezliklə ölüm xəbərim yayılacaq” – Məşhur aktrisa elan etdi + Foto

“Tezliklə ölüm xəbərim yayılacaq”.

May 15, 2025 - 18:02
“Tezliklə ölüm xəbərim yayılacaq” – Məşhur aktrisa elan etdi + Foto

SAVASHMEDİA.az xəbər verir ki, bunu bir zamanlar Türkiyənin məşhur aktrisası olan Harika Avcı bildirib.

Məşhur aktrisa şou müxbiri Onur Akaya verdiyi açıqlamada vəziyyətinin kritik olduğunu deyib:

“Qaraciyərim məhv olub. Həkimə də gedə bilmirəm. Öz istəyimlə ölməyi seçirəm. Ölüm səbəbim də sirrozdur.Bundan əvvəl də qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Tez zamanda ölüm xəbərimi yazacaqsınız. Yalnız bir xahişim var. Mən öldükdən sonra hələ də yaşayarsa, itimə sahib çıxın. Mənə pislik edən hamını bağışlamışam”.

Xatırladaq ki, bir müddət əvvəl Avcının evə qapandığı, heç kimlə görüşmədiyi, maddi imkanı olmadığı üçün həkimə gedə bilmədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Banu

Fotolarda: Harika Avci