Dubay-Bakı reysinin şübhəli sərnişini - Bakı aeroportunda əməliyyat
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən SAVASHMEDİA.az-a verilən xəbərə görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.
Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
Faktla bağlı araşdırma aparılır.