Dünyaca məşhur fenomen ÖLDÜ - Canlı yayımda... - FOTOLAR
"Jan Pormanov" adı ilə tanınan dünyaca məşhur fenomen Rafael Qraven canlı yayım zamanı ölüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Fransanın Nitsa şəhərində baş verib.
Qraven “Kick” platformasında 10 gün canlı yayımda olub. Fenomen yuxuda ikən həyatını itirib. Canlı yayımı izləyən minlərlə insan Qravenin ölümünə şahid olublar.
Fenomenin ölümünü onunla birgə 10 gündür canlı yayımda olan dostu aşkarlayıb. Belə ki, o, Qraveni yuxudan oyatmaq üçün ona doğru plastik qab atıb. Ayılmadığını görəndə yanına gedib və öldüyünü anlayıb. Bundan sonra canlı yayım bağlanıb. Dostu daha sonra Qravenin öldüyünü açıqlayıb.
Prokurorluq fenomenin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Qravenin bundan əvvəl də başqa şəxslərlə canlı yayımlar açdığı, onlar tərəfindən döyüldüyü, boğulduğu bildirilib.
Fransanın rəqəmsal keçid naziri Klara Kappaz görüntülərin dəhşətli olduğunu deyib və onlayn platformaların qeyri-qanuni məzmunun yayılmasının qarşısını almalı olduğunu qeyd edib.
Banu
məşhur fenomen Rafael Qraven