Əkrəm İmamoğlu saxlanıldı, məhkəməyə çıxarılır

İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu saxlanılaraq polisin müşayiəti ilə məhkəməyə aparılıb.

Mar 19, 2025 - 11:40
Əkrəm İmamoğlu saxlanıldı, məhkəməyə çıxarılır

SAVASHMEDİA.az bu baədə CNN Türk telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, İmamoğlu ilə bağlı aparılan istintaq çərçivəsində merin mətbuatla əlaqələr üzrə müşaviri Murat Ongun da daxil olmaqla 100 nəfərin həbsinə order verilib. 

İmamoğlunun Sarıyer rayonundakı iqamətgahında axtarışlar aparılıb.

“Biz ciddi masqara ilə üzləşirik. Amma bilməyinizi istəyirəm ki, mən qorxmayacağam. Hamınızı çox sevirəm, özümü insanlara etibar edirəm. Bütün xalqım bilsin ki, mən duruşumu saxlayacağam”, - deyə İmamoğlu seçicilərə müraciət edib. 

O, əlavə edib ki, mübarizəni davam etdirəcək. 

“Sabah” qəzeti bundan öncə İstanbulda tender və müqavilələrlə bağlı genişmiqyaslı antikorrupsiya əməliyyatının keçiriləcəyini elan etmişdi. 

Bir gün əvvəl Türkiyə Baş Prokurorluğunun tələbi ilə İmamoğlunun İstanbul Universitetinin biznes menecmenti ixtisası üzrə diplomu ləğv edilib. Bu, onun prezidentliyə namizədliyini irəli sürməsinə mane olur. Ölkə konstitusiyası tam ali təhsilli namizədlərə seçkilərdə iştirak etməyə icazə verir. 

Xatirə SADİQ