Elmar Məmmədyarov gəlinləri barədə: "İkisi də əcnəbidir, biri..." - VİDEO
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Ruhiyyə Əliyevanın "Qaranlıqda həqiqət" layihəsinin qonağı olub.
SAVASHMEDİA.az xəbər verir ki, sabiq nazir R.Əliyevanın suallarına səmimi cavablar verib.
E. Məmmədyarov övladları və gəlinləri ilə bağlı sualları cavablandırıb:
"İki övladım var. İkisi də əcnəbi xanımla ailə qurub. Gəlinimin biri sinqapurludur. Övladlarımın seçiminə etiraz etməmişəm. Özləri seçiblər, özləri ailə qurublar, özləri təhsil alıblar, özləri də işləyirlər. Onlara heç vaxt qarışmamışam, tam sərbəstdirlər. Nəvəm hələ yoxdur”.
Sabiq nazir xanımından və dostlarından da danışıb:
“Həyat yoldaşım kimyaçıdır. Ancaq çalışmır, evdar xanımdır. Şüvəlanda yaşayırıq. Vəzifədən gedəndən sonra da dostlarım azalmayıb. Eyni dostlardır. Bəziləri ilə bir həyətdə böyümüşük. O vaxtdan da dostuq. Vəfalı dostlardır. Həftədə bir-iki dəfə görüşürük".
Banu