“Epşteyn faylları” qalmaqalı böyüyür: “Tramp hesabat versin!”
Nümayəndələr Palatasından iki demokrat “Epşteyn faylları”nın məxfilikdən çıxarılmasını tələb edib.
SAVASHMEDİA.az xəbər verir ki, onlar bu addımı İlon Maskın Trampın adının sözügedən dosyedə olduğunu açıqladıqdan sonra atıblar.
Demokrat Stiven Linç və Robert Qarsiya məsələ ilə bağlı ABŞ-nin baş prokuroru Pam Bondi və Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patelə məktub göndəriblər. Onlar məktubda “Epşteyn faylları”nda Trampın adının olub olmadığına aydınlıq gətirilməsini və cinayət işinin məxfilikdən çıxarılıb dərc edilməsini tələb ediblər.
Demokratlar həmçinin bildiriblər ki, Prezidenti qorumaq və hesabat verməkdən çəkindirmək üçün olunan cəhdlər də Konqres və Ədliyyə Nazirliyində araşdırılmalıdır.
Ədliyyə Nazirliyi və FTB məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Banu