"Ərdoğan Osmanlı İmperiyasını diriltmək istəyir, onun niyyəti..." - Vuçiçdən ittiham

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə ilə bağlı sərt çıxış edib.

Oct 9, 2025 - 14:35
"Ərdoğan Osmanlı İmperiyasını diriltmək istəyir, onun niyyəti..." - Vuçiçdən ittiham

SAVASHMEDİA.az xəbər verir ki, Serbiya lideri Türkiyəni Osmanlı İmperiyasını diriltməyə çalışmaqda ittiham edib.

"Türkiyənin mövqeyi BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin vəhşicəsinə pozulmasıdır. Priştinadakı (Kosovonun paytaxtı-red) məsul şəxslərin silahlandırılması qəbuledilməzdir. Artıq tamamilə aydındır, Türkiyə Qərbi Balkanlarda sabitlik istəmir və Osmanlı İmperiyasını diriltmək xəyalındadır. Serbiya kiçik bir ölkə ola bilər, amma biz Türkiyənin niyyətini çox yaxşı anlayırıq” – Vuçiç bildirib.

Qeyd edək ki, Kosovo muxtariyyəti ilə Türkiyənin “Baykar” şirkəti arasında ötən ilin dekabr ayında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən, Kosovo türk istehsalı olan “Skydagger” pilotsuz kamikadze təyyarəsi (PUA) almalı idi. Ötən gün Kosovo Baş naziri Albin Kurti “Skydagger”lərin artıq Priştinada olduğunu bildirib və Türkiyəyə təşəkkür edib.

Banu