Ərdoğanla Trampın görüşü planlaşdırılıb

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcək”.

Apr 10, 2025 - 01:37
Ərdoğanla Trampın görüşü planlaşdırılıb

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ün canlı efirində deyib.

Nazir bildirib ki, liderlərin bir-biri ilə münasibətləri yüksək səviyyədədir. Hazırda onların görüşünün zaman və məkanı barədə danışıqlar aparılır.

O, çıxışında Yaxın Şərqdəki, habelə, Rusiya -Ukrayna arasındakı müharibələrə də toxunub.

H.Fidan Türkiyənin heç bir ölkə ilə, o cümlədən İsraillə münaqişə etmək niyyətinin olmadığını bildirib.