Ermənilər Bakıya məcburi eniş etdi

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Xarici İşlər Nazirliyinə müraciət edİb.

Jun 13, 2025 - 15:09
Ermənilər Bakıya məcburi eniş etdi

O, İranda baş verən hadisələrlə əlaqədar Bakıda təcili eniş edən təyyarələrdə ermənilərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyi xahiş edib.

SAVASHMEDİA.az ajans.az-a istinadla xəbər verir ki, İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən iyunun 13-də səhər saatlarında Bakıya 10-dan çox təyyarə enib.

Onların arasında Moskva, Minsk, Kazan və digər yerlərdən Dubaya uçuşlar olub. Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var.