Ermənistan Azərbaycana hansı malları satacaq? - Paşinyandan AÇIQLAMA
Azərbaycan və Ermənistan qarşılıqlı alqı-satqısında maraqlı olduqları malların siyahısını müzakirə edirlər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə deyib.
Baş nazir Azərbaycan neft məhsullarının Ermənistana idxalı ilə bağlı razılaşmanın necə əldə edildiyi ilə bağlı suala cavab olaraq bildirib:
"Ermənistan və Azərbaycan almaq və satmaqda maraqlı olduqları malların siyahılarını mübadilə edirlər. Bu proses davam edir və xəbərlər olanda bu barədə məlumat alacaqsınız. Belə müzakirələr aparılır. Bilirəm ki, ilkin siyahılar mübadilə edilib və araşdırmalar hələ də davam edir".
Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə fürsətin mövcud olduğunu açıqlayıb.
Azərbaycandan Ermənistana ilk neft məhsullarının partiyası 18 dekabr 2025-ci ildə göndərilib. Bu partiyaya Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən istehsal edilən 1220 ton benzin daxil idi.
Bundan əlavə, bu gün Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ikinci partiya neft məhsullarının idxalına hazırlıqları təsdiqləyib.
Oğuz