"Məni işdən çıxardılar" - Bayden
ABŞ prezidenti Co Bayden Şükran Günü ərəfəsində Nyu-Yorkda keçirilən tədbirdə işdən qovulması ilə bağlı zarafat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“İndicə dedilər ki, məni işdən çıxarıblar. Təşəkkür edirəm, ürəkdən təşəkkür edirəm”, - o deyib.
Zal onun bu sözlərini təbəssüm və gurultulu alqışlara qarşılayıb.
Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki ərəfəsində dəfələrlə Baydeni və ABŞ-nin vitse-prezidenti Kamala Harrisi işdən uzaqlaşdırılacaqları vədi verirdilər. Respublikaçıların mitinqlərində mütəmadi olaraq “Co, işdən çıxarıldın” və ya “Kamala, işdən çıxarıldın” ifadələri eşidilirdi.
Oğuz