"Ermənistan özünə zərər verəcək" - Zaxarova

“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.

Sep 3, 2026 - 10:38
"Ermənistan özünə zərər verəcək" - Zaxarova

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. 

“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil - öz vətəndaşlarına qarşı etmiş olacaq”, - o deyib.

Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.

Səlcuq