Epşteyn Rusiya kəşfiyyatına işləyib? - Peskovun cavabı
Dmitri Peskov Cefri Epşteynin fəaliyyətini Rusiya kəşfiyyat orqanları ilə əlaqələndirməsi ilə bağlı iddiaları əsassız adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi bildirib:
"Bu fərziyyələr haqqında zarafat etmək istərdim, amma konfrans zəngimizi buna sərf etməyək", - deyə Peskov əlavə edib.
Epşteyn uşaq alveri, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla fahişəliyin təşkili və 14 yaşlı qıza təcavüz etməkdə ittiham olunurdu. 2019-cu ildə maliyyəçi həbsxana kamerasında ölü tapılıb.
Məhkəmə ekspertləri onun ölümünü intihar kimi qiymətləndiriblər, baxmayaraq ki, bir çoxları hələ də bu nəzəriyyəyə şübhə ilə yanaşırlar.