Bakıdakı partlayışda xəsarət alan olub? - DİN-dən AÇIQLAMA

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Jun 27, 2025 - 00:05
Bakıdakı partlayışda xəsarət alan olub? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SAVASHMEDİA.az-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.