Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı
Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Kənd sakini olan azyaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.