Arayik ömürlük azadlıqdan məhrum edildi

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Feb 5, 2026 - 13:09
Arayik ömürlük azadlıqdan məhrum edildi

SAVASHMEDİA.az-ın məlumatına görə, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Levon Mnatsakanyan və David Manukyan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.