Məscidin yanına atılan uşaq gecəni qəbiristanlıqda keçiribmiş - Valideynləri tapıldı + VİDEO 

"Fatimeyi-Zəhra" məscidinin yaxınlığında, qəbiristanlıq ərazisindən tapılan 2 yaşlı oğlan uşağı ilə bağlı vəziyyətə aydınlıq gətirilib.

May 5, 2026 - 15:08
May 5, 2026 - 15:09
Məscidin yanına atılan uşaq gecəni qəbiristanlıqda keçiribmiş - Valideynləri tapıldı + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

"Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir... Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar. Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu.Onu güldürüb özümüz isə ağlamışıq...Adını Tale qoymuşuq...”, - o bildirib.

Son məlumata görə, azyaşlının ailəsi artıq tapılıb. Uşağın kimliyi müəyyənləşdirildikdən sonra aidiyyəti qurumlar dərhal prosesə cəlb olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir, uşağın təhlükəsizliyi və sağlamlıq durumu nəzarətdə saxlanılır.

Oğuz