"Rəqsanə ilə görüşdüm, çox narahatdır..." - Vəkili DANIŞDI

"Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır".

Aug 19, 2025 - 17:25
"Rəqsanə ilə görüşdüm, çox narahatdır..." - Vəkili DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bunu "unikal"a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib:

"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xahiş etmişəm, xəstəliklərinin sənədlərini mənə versinlər ki, onları məhkəməyə təqdim edim".

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.