Könül Xasıyeva vəsiyyətini etdi - Harada dəfn olunacaq?

Xalq artisti Könül Xasıyeva açıqlaması ilə diqqət çəkib.

May 6, 2025 - 10:23
Könül Xasıyeva vəsiyyətini etdi - Harada dəfn olunacaq?

SAVASHMEDİA.az xəbər verir ki, xanəndə yenə zarafatından geri qalmayıb.

"O vaxt dəyərli sənətkarımız Nəzakət Məmmədova dünyasını dəyişəndə Arif Babayev onun məzarını ziyarətə gedib. Görüb ki, baş daşında onunla birgə "Leyli və Məcnun" tamaşasından şəklini qoyublar. Arif müəllim dərsdə danışıb bunu, deyirdi ki, məzarın üstündə şəklimi görüb dəli oldum. Mən öləndə baş daşımın ideyasını o adam verməsin kimdirsə... Demişəm ki, məni evimizə yaxın yerdə dəfn etsinlər. Oğlum ziyarətə gedib-gələ bilsin. Nəvələrim olsa, onlar da. Yaxın olsun, bəlkə gəldilər".  (milli)