Özgür Özələ hücum edən şəxs danışdı - "İmamoğlunu öldürəcəklər"

CHP sədri Özgür Özəl partiyanın bu gün keçirilən iclasında çıxış edib.

May 6, 2025 - 18:29
May 6, 2025 - 18:54
Özgür Özələ hücum edən şəxs danışdı - "İmamoğlunu öldürəcəklər"

SAVASHMEDİA.az xəbər verir ki, sabah Bayazıt meydanında mitinq keçirəcəklərini bildirən Özəl iki gün öncə məruz qaldığı hücumdan da danışıb.

Partiya sədri bildirib ki, ona yumruq vuran Səlcuq Təngioğlu aylar əvvəl Əkrəm İmamoğluya sui-qəsd ediləcəyini deyibmiş:

“Bu ilin yanvar ayında bu övlad qatili (Səlcuq Təngioğlu- red) İstanbul Böyükşəhər Bələdiyyəsinə gələrək “kamera yoldaşlarımla əlaqələrim davam edir, onlara təlimat verilib, Əkrəm İmamoğluya sui-qəsd ediləcək” deyib. Bizimkilər məsələnin araşdırılması üçün onu polisə təhvil veriblər”.

Özgür Özəl Səlcuq Təngioğlunun iddiasının araşdırılmamasından şikayətlənib: “Prokuror bəy, baxmışdınmı o kameralara? O kamera yoldaşları haradadır? İndi isə adamı işıq surətilə tutub atıblar içəri. Geri çağırıb bunu da soruşsunlar. Bizim məsələmizmi nədir? Bizim məsələmiz odur ki, İmamoğluya sui-qəsd ediləcək deyən adam iki gün öncə ana müxalifətin liderinə hücum edir. Bu adamdan kimlərsə istifadə edir”.

Xatırladaq ki, CHP sədri Özgür Özəl bazar günü TBMM sədri Sırrı Süreyya Öndərin vida mərasiminə qatılıb. Mərasim çıxışında Selcuq Təngioğlunun hücumuna məruz qalıb.Təngioğlu hücumdan sonra saxlanılıb. 66 yaşlı Təngioğlu 2004-cü ildə iki övladını qətlə yetirib, birini yaralayıb.

Banu