"Paşinyanın ermənicə danışması qəribə gəldi, o əvvəllər belə etmirdi" - Putinin köməkçisi

Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində erməni dilində çıxış edib.

Sep 3, 2026 - 11:11
Sep 3, 2026 - 11:27
"Paşinyanın ermənicə danışması qəribə gəldi, o əvvəllər belə etmirdi" - Putinin köməkçisi

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya mediası Paşinyanın MDB ölkələri liderləri arasında rus dilindən istifadə etməyən yeganə rəhbər olduğunu yazıb. 

Halbuki Paşinyan əvvəllər Rusiya nümayəndələrinin iştirak etdiyi rəsmi tədbirlərdə əsasən rus dilində çıxış edirdi.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da Paşinyanın bu qərarına münasibət bildirib.

“O, yəqin ki, erməni dilindən digər dillərə tərcümənin mümkün olduğunu öyrənib və çıxışını ermənicə edib. Bu, nadir haldır, əvvəllər, məncə, belə görüşlərdə buna yol vermirdi. Mənə qəribə gəldi”, – Uşakov deyib.

Maraqlıdır ki, Paşinyan sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı rus dilində danışıb. 

Qeyd edək ki, son illərdə Ermənistan-Rusiya münasibətlərində ciddi fikir ayrılıqları yaranıb və İrəvan xarici siyasətinin daha çoxvektorlu olduğunu bəyan edir.

Oğuz