“SOCAR infrastrukturuna qəsdən hücum olunur” - Gündüz Məmmədov
Ukrayna baş prokurorunun keçmiş müavini Gündüz Məmmədov Rusiyanın Odessa vilayətində Azərbaycanın SOCAR şirkətinin neft terminalına hücumuna münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Gündüz Məmmədov öz münasibətini X sosial şəbəkəsində açıqlayıb.
“Bu, artıq səhv deyil, belə zərbələr Azərbaycanın Ukraynadakı mülki infrastrukturuna qəsdən hücum kimi qiymətləndirilə bilər”, - deyə o, vurğulayıb.
Ukrayna mediası yazır ki, SOCAR-a bu dəfə 10 PUA hücum edib.
Xatırladaq ki, Rusiyanın SOCAR-ın Ukraynadakı neft bazasına ilk hücumu avqustun 8-də olub.
Xatirə SADİQ