Bakıda ictimai yerdə dini ayin keçirən 6 qadın saxlanıldı - RƏSMİ + FOTO

Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərib.

Aug 18, 2025 - 13:54
Bakıda ictimai yerdə dini ayin keçirən 6 qadın saxlanıldı - RƏSMİ + FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SAVASHMEDİA.az-a bildirilib ki, qanunsuz hərəkətlərlə bağlı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat tədbiri zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.