Tramp Kanadanın baş nazirini prezident kimi təqdim etdi
Misirdə baş tutmuş Qəzza sammiti daha bir gülməli məqamı ilə yadda qalıb.
SAVASHMEDİA.az Ağ Evin Youtube-dakı yayımına istinadən xəbər verir ki, ABŞ prezidenti liderlərə müraciət edərkən Kanadanın baş naziri Mark Karnini prezident kimi təqdim edib.
Trampın çıxışından sonra iki liderin arasında belə dialoq baş verib:
Mark Karni: Şadam ki, məni prezidentliyə yüksəltdiniz.
Donald Tramp: O, mən belə dedim? Ən azından mən “qubernator” demədim.
Xatırladaq ki, ABŞ prezidenti keçmiş baş nazir Castin Trüdonun dönəmində onu dəfələrlə “Kanada qubernatoru” adlandırmışdı.
Xatirə SADIQ