Ermənistanın eks-naziri Moskvada tutuldu 

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.

Dec 30, 2024 - 18:00
Ermənistanın eks-naziri Moskvada tutuldu 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC” telekanalı məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinə (DİN) yaxın mənbə bildirib ki, Karapetyan dekabrın 29-da Moskvanın mərkəzində saxlanılıb. O, Ermənistan hüquq-mühafizə orqanlarının başlatdığı işlər çərçivəsində axtarışa verilib.

Karapetyanın 57 yaşı var. Kalininqrad Ali Hərbi Dənizçilik Məktəbini və Frunze adına Hərbi Akademiyanı bitirib.

O, 2018 – 2021-ci illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. Karapetyan 3 ay sonra vəzifəsindən azad edilib.

Xatirə SADİQ