Lukaşenkonu parodiya edən standapçıya 6 illik cəza verildi

Minsk şəhər məhkəməsi standapçı-komik Vyaçeslav Komissarenkonu qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib. 

Dec 30, 2024 - 18:05
Lukaşenkonu parodiya edən standapçıya 6 illik cəza verildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Məhkəmə hazırda xaricdə yaşayan tanınmış stəndapçını Cinayət Məcəlləsinin 3 maddəsi – 130-cu maddənin 1-ci hissəsi (irqi, milli, dini və ya digər sosial nifrət və ya nifaq salma), 367-ci maddənin 2-ci hissəsi (Belarus Prezidentinə qarşı böhtan), 368-ci maddənin 1-ci hissəsi (Belarus Prezidentini təhqir etmək) üzrə təqsirli bilib. 

Qeyd edək ki, standapşı-komikə qarşı Lukaşenkoya böhtan və təhqir ittihamları ilə bağlı cinayət işi avqust ayında açılmışdı.

Komissarenko çıxışlarında dəfələrlə Lukaşenko haqqında zarafata yol verir və onu təqlid edirdi. Bundan əlavə o, çıxışlarında prezident seçkilərindən sonra 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyaları mövzusuna dəfələrlə toxunurdu.

Komissarenko deyirdi ki, 2021-ci ildə onun Belarusda çıxışı qadağan edilmişdi. Bundan sonra Rusiyaya köçən stəndapçı vətəndaşlıq aldı, lakin tezliklə xaricə gedib. O, bu addımı Belarus DTK-nın təqibləri ilə izah edib.

Xatirə SADİQ