Ermənistanın Türkiyə ilə sərhədini rus hərbçilər qoruya bilər - Ararat Mirzoyan
“Ermənistan və Türkiyə sərhədində rus sərhədçilərinin ixtisarı bu ölkələr arasında etimad yarandığı andan müzakirə oluna bilər”.
SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya sərhədçiləri müvəqqəti olaraq “Zvartnots” hava limanında və İranla sərhəddə yerləşdirilmişdi və Ermənistan sərhəddəki vəziyyətə təkbaşına nəzarət edə bilməyənə qədər onların xidmətindən istifadə edib.
“Müəyyən mərhələdə biz müstəqil olaraq “Zvartnots”da və Ermənistan-İran sərhədində xidmət etməyə başladıq. Ermənistanla Türkiyə arasında işlək və açıq sərhəd olarsa, etimad olarsa, biz bu məsələni müzakirə edib, nəzərdən keçirə biləcəyik”, - deyə nazir Rusiya kontingentinin mümkün çıxarılması ilə bağlı bildirib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasındakı sərhəd 1993-cü ildən bağlıdır.
Xatirə SADİQ