Əsədi geri almaq üçün hərəkətə keçdi - Suriya prezidentinin Moskva səfəri

Suriya Prezidenti Əhməd Şaraa Rusiyaya səfəri çərçivəsində sələfi Bəşər Əsədin ekstradisiyasını tələb edəcək.

Oct 14, 2025 - 22:02
Dec 15, 2025 - 16:52
Əsədi geri almaq üçün hərəkətə keçdi - Suriya prezidentinin Moskva səfəri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Times of Israel” Dəməşqdəki mənbələrə istinadla məlumat yayıb.

Suriya rəsmi mənbəsi kanala bildirib ki, Şaraa Rusiyanın Tartusdakı hərbi-dəniz və Xmeymimdəki hava bazalarının mövcudluğunun davam etdirilməsi ilə bağlı danışıqlar aparacaq.

Mənbə əlavə edib ki, o, Rusiyanın müttəfiqi olan Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin suriyalılara qarşı törədilən cinayətlərə görə təhvil verilməsini rəsmi şəkildə tələb edəcək.

Xatırladaq ki, bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadla Suriya Prezidentinin oktyabrın 15-də Moskvaya səfər edəcəyi barədə məlumat yaymışdı.

Aytən