Ramiz Mehdiyev HƏBS EDİLDİ

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

Oct 14, 2025 - 22:10
Oct 14, 2025 - 22:28
Ramiz Mehdiyev HƏBS EDİLDİ

SAVASHMEDİA.az xəbər verir ki, DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarıb.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278, 274 və 193-cü maddələri ilə ittiham edilir.