Eşşək kimi anqır, görək, nə qədər layk yığacaqsan? - Paşinyandan ŞOK AÇIQLAMA

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryana "eşşək kimi anqırmaq" təklifini edib.

Jun 7, 2026 - 16:45
Jun 7, 2026 - 17:29
Eşşək kimi anqır, görək, nə qədər layk yığacaqsan? - Paşinyandan ŞOK AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu gün baş tutan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılan Robert Köçəryan Nikol Paşinyanın sosial şəbəkələrdəki uğuruna lağ edib.

Belə ki, Köçəryan Ermənistanda istənilən siyasətçinin eşşək kimi anqıracağı təqdirdə məşhurlaşacağını iddia edib. Paşinyanın buna cavabı isə özünü çox gözlətməyib.

Fotoda Robert Köçəryan

"Mən bu təcrübəni Köçəryanın özünün sınaqdan keçirməsini istəyirəm. Qoy o, eşşək kimi anqırsın, görək, nə qədər baxış və layk toplayacaq". - Paşinyan bildirib. 

Baş nazirin bu açıqlaması sosial şəbəkələrdə tərəflər arasındakı mübahisələri daha da artırıb. Paşinyanın tərəfdarları bu ifadənin emosional siyasi ritorika olduğunu deyərkən, opponentləri bunu etikadan kənar siyasi davranış kimi qiymətləndiriblər.

Oğuz