“Eurovision–2026”-nın keçiriləcəyi şəhərin adı açıqlandı

“Eurovision–2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. 

Aug 20, 2025 - 14:59
“Eurovision–2026”-nın keçiriləcəyi şəhərin adı açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçıları avqustun 20-də “İnstaqram”da  məlumat yayıblar.

Müsabiqənin birinci yarımfinalı mayın 12-də, ikincisi mayın 14-də, böyük final isə mayın 16-da baş tutacaq. 

Xatırladaq ki, “Eurovision 2025” may ayında Bazeldə (İsveçrə) keçirilib. Böyük finalın nəticələrinə görə, müsabiqənin qalibi Avstriya təmsilçisi JJ “Wasted Love” mahnısı ilə olub. Ona görə də “Eurovision 2026” bu ölkədə keçiriləcək.

Qeyd edək ki, Avstriya bundan öncə iki dəfə “Eurovision”un qalibi olub.
 
Xatirə SADİQ