“Ey, yoldaş Putin, İstanbula get, lənət şeytana" - Braziliya prezidenti

Braziliya prezidenti Luis İnasio Lula da Silva rusiyalı həmkarı Vladimir Putindən Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirakını şəxsən tələb edəcəyini bildirib.

May 14, 2025 - 12:43
“Ey, yoldaş Putin, İstanbula get, lənət şeytana" - Braziliya prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kyiv Post” məlumat yayıb. 

KİV-in məlumatına görə, Çində regional forum başa çatdıqdan sonra da Silva Braziliyaya qayıdarkən Moskvada dayanacaq.

“Putinlə danışmağa çalışacağam. Mən bunu asanlıqla deyə bilərəm: “Ey, yoldaş Putin, İstanbula get və razılığa gəl, lənət şeytana”, - deyə Braziliya prezidenti Pekində keçirdiyi mətbuat konfransında deyib. 

Məlum olduğu kimi, mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar Kiyev və Moskva arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar ola bilər.

Xatirə SADIQ