"Fənərbağça" bu futbolçularla yollarını ayırır - ADLAR

Yeni mövsümdə Türkiyə Superliqa təmsilçilərindən "Fənərbağça"nın heyətində böyük dəyişikliklər olacağı və bir çox futbolçu ilə yollarını ayıracağı gözlənilir.

May 12, 2025 - 18:47
"Fənərbağça" bu futbolçularla yollarını ayırır - ADLAR

SAVASHMEDİA.az "TRT Spor"a istinadla xəbər verir ki, xaricdən təklif alan Yusuf Akçiçek və Dominik Livakoviçin komandadan ayrılacağı, demək olar ki, dəqiqləşib.

Müqavilələri başa çatan Duşan Tadiç, Edin Ceko və Brayt Osayi-Samuellə hələlik yeni müqavilələr imzalanmayıb.

Klub rəhbərliyi braziliyalı müdafiəçi Dieqo Karlosla da vidalaşmağı hədəfləyir.

İddialara görə, Sebastian Şimanski, Sofyan Amrabat və Fred gözləniləndən daha yüksək təklif alsalar, "sarı-lacivərdlər"lə yollarını ayıra bilərlər.

İcarəyə götürülən Filip Kostiç və Allan Sent-Maksiminin gələcəyi isə həlli bəlli deyil.