Gədəbəy İcra hakimiyyətinin işçisi müəllimi qaçırdı - Polis Yevlaxda yaxaladı

Gədəbəydə qızqaçırma hadisəsi olub.

Oct 15, 2024 - 10:59
Gədəbəy İcra hakimiyyətinin işçisi müəllimi qaçırdı - Polis Yevlaxda yaxaladı

SAVASHMEDİA.az xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.

Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.