Bu rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ!

Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Oct 15, 2024 - 07:04
Bu rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az “Azərişığ”a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.