"Putinə mesajımız var, biz qorxmuruq və qalib gələcəyik" - NATO-nun Baş katibi
Rusiyanın zorakılıq taktikasının NATO-ya heç bir təsiri olmayacaq. Blok Kiyevə güclü dəstəyini davam etdirəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, öz istəyinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, edəcəyik. Biz NATO-yuq. Biz müdafiə ittifaqıyıq, hücum etmirik. Biz NATO ərazisindən kənarda hər hansı başqa ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Dünya tarixinin ən güclü ittifaqı olan, 1 milyard insana xidmət edən demokratik bir ittifaq olaraq istənilən təhlükə ilə üzləşməyə hazırıq. Biz heç vaxt rəqiblərimizdən qorxmayacağıq”, - Rutte bildirib.