Macarıstan baş naziri Brüsseldə Zelenski ilə danışacaqmı?

Macarıstanın baş naziri Viktor Orban Aİ sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağa hazır olduğunu açıqlayıb.

Dec 19, 2024 - 16:17
Macarıstan baş naziri Brüsseldə Zelenski ilə danışacaqmı?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Macarıstanın “Telex” portal məlumat yayıb.

Brüsseldə Zelenskiyə Milad atəşkəsi planını təqdim edib-etməyəcəyi barədə suala baş nazir bir gün öncə “X” platfpormasında yazdığı kimi cavab verib: “Bu, artıq masadadır, ya qəbul olunacaq, ya da olmayacaq”.

Ukrayna prezidenti ilə bu gün danışıqlar aparıb-aparmayacağı barədə suala Orbanın cavabı belə olub: “Mən gözləmə rejimində işləyirəm və gözləmə rejimində yatıram. Mən hər zaman mahiyyətli müzakirələrə hazıram”.

Xatirə SADİQ