Gizli görüşdükləri kirayə evdə meyitləri tapıldı - Əri tutub... + FOTOLAR

Türkiyənin Niğde bölgəsində 2 gün ərzində xəbər alınmayan avtomobil ustası olan 40 yaşlı Ramazan Özkan və sevgilisi Hüsniye Yalçının (48 yaş)qətlə yetirildikləri ortaya çıxıb.

Nov 25, 2024 - 11:12
Gizli görüşdükləri kirayə evdə meyitləri tapıldı - Əri tutub... + FOTOLAR

Cütülük kirayə tutduqları mənzildə əlləri-ayaqları iplə bağlandıqdan sonra, çəkiclə dəfələrlə zərbəyə məruz qalaraq qətlə yetiriliblər.

Dəhşətli cinayətə görə şübhəli qismində qadının həyat yoldaşı saxlanılıb.

Qeyd edək ki, Özkanın evli və 3 uşaq atası, Yalçının da evli və 4 uşağının olduğu məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.

(parol.az)