“Bidzina, get!” – Gürcü qadınların "çamadan aksiyası"
“Bidzina, get mən qalıram"
Tiflisdəki qadın yürüşünün iştirakçıları “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin iqamətgahının önünə çamadanlar gətiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə SOVA portal məlumat yayıb.
Çamadanların üzərində “Bidzina, get mən qalıram!”, “Məcburi mühacirətə yox”, “Mühacirət seçim deyil” və sair şüarlar yazılıb.
“Oliqarx gedir, biz qalırıq!”, İvanişvilinin evinin yaxınlığındakı aksiyada etirazçılar bildiriblər.
“İvanişvili bizə yeganə çıxış yolunu təklif edir – mühacirət. Lakin biz heç yerə getməyəcəyik və əgər kimsə bu ölkəni tərk etməlidirsə, o, İvanişvili və onun oliqarx hökumətidir, İvanişvilinin ölkəmizi və dogma evimizi saldığı çıxılmaz vəziyyətdən yeganə çıxış yolu dəyişiklik uğrunda hərəkat və dəyişikliklərə doğru hərəkatdır” - deyə aksiyaşılar deyiblər.
Bundan öncə isə onlar Tbilisi Şəhər Şurasının binası yaxınlığında toplaşaraq oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin saxtalaşdırılmasının yeni mühacirət dalğası üçün tətik olacağını bildiriblər.
Xatirə SADİQ