"Gürcü arzusu" Zurabişvilini kabinetindən belə çıxarmaq istəyir - İstilik kəsildi
Gürcüstan prezidenti Salome Zurabişvilinin sarayına istiliyin verilməsi dayandırılıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze “Pirveli” telekanalının efirində bildirib.
“Gürcü arzusu” prezidentdən cinayətkarcasına qisas almaq qərarına gəldi. Prezident sarayında istilik söndürüldü. Prezident 90-cı illərdəki kimi elektrik qızdırıcıları ilə isinir”, - deyə Xazaradze nəzərə çatdırıb.
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili seçki nəticələrini legitim hesab etmədiyindən səlahiyyət müddəti başa çatdıqdan sonra da istefa verməyəcəyini və kabinetini tərk etməyəcəyini bəyan edib.
Xatirə SADİQ